
Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 13-də saat 16:00 radələrində Xətai rayonu, Zığ yolu 39 ünvanının qarşısında 1984-cu il təvəllüdlü Hacıyev Bəhruz idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 1984-cü il təvəllüdlü piyada Vüsalə Bağırovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xətai raon Prokurorluğundan Cİnayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma gedir.
Qaynar.info