Xəbər lenti

Bakıda güclü qar gözlənilirmi?
Ölkə19:08 11.12.2013

Bakıda güclü qar gözlənilirmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın yaxın qonşusu olan qardaş ölkə Türkiyədə ağ örtüyə bürünüb. Dünən axşamdan başayaraq İstanbul şəhərinə güclü qar yağıb. 

Qarın intensivliyi o həddə çatıb ki, Çempionlar Liqasının “Qalatasaray”-“Yuventus” oyunu yarımçıq dayandırılıb. Bəs Azərbaycanda İstanbuldakı qar gözlənilirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirdi ki, bu gün axşamdan başlayaraq qərb rayonlarının əksər ərazilərində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Baş hidroloqun sözlərinə görə, bu hava şəraiti birbaşa Türkiyə ilə bağlı deyil. Türkiyədəki soyuq və şaxtalı hava Azərbaycanda gözlənilmir. A.Verdiyev, həmçinin yaxın günlərdə Bakıda güclü qarın gözlənilmədiyini də vurğuladı. /musavat.com

Qaynar.info