Xəbər lenti

Bakıda gözətçi işlədiyi mağazada diri-diri yandı
Ölkə09:59 24.12.2013

Bakıda gözətçi işlədiyi mağazada diri-diri yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının  Səbail rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 26 kvadratmetr olan paltar mağazasında 1 ədəd döşək qismən yanıb. Yanğın kəşfiyyatı zamanı mağazada gözətçi işləyən, 1968-ci il təvəllüdlü Talıbov Vidadi Əkrəm oğlunun meyiti aşkar olunub. Mağaza yanğından mühafizə olunub və yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info