Aprelin 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan tamaşaçısı üçün uyğunlaşdırılmış "Çikaqo” myuziklı nümayiş olunacaq.
Qaynarinfo xəbər verir ki, myuziklın quruluşçu rejissoru Əziz Əzizov, baletmeyster və xoreoqrafı Zarina Rəhimova, geyim üzrə rəssamı Marqo İsmadır. Baş rolları yerli aktyorlarla yanaşı, əcnəbi ifaçıların da yer aldığı "Jam Group” truppasının aparıcı aktyorları Natavan Quliyeva, Aliyə Rəhimova, Aytən Orucəliyeva, Endryu Friman və Rəsul Həsənov ifa edirlər.
"Çikaqo” myuziklı 20-ci illərdə günah, izzət, sevgi, sədaqət və xəyanət haqqında hekayədir. Tamaşaçıları o dövrün bütün ab-havasını hiss etməyə kömək edəcək çox maraqlı süjet və məşhur mahnılar gözləyir.
Qeyd edək ki, Mahnı Teatrı Azərbaycan tamaşaçıları üçün "Mama Mia”, "Burlesk”, "Getsbi”, "Mulen Ruj” kimi dünyaca məşhur olan myuzikləri uyğunlaşdırıb.