Xəbər lenti

Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (FOTO/VİDEO)
Video 15:40 16.06.2025

Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (FOTO/VİDEO)

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib.

Qaynarinfo Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu İsmayıl Sadiqliyə "Buta Palace"da möhtəşəm toy keçirib.

S.İsmayıl Nigar adlı xanımla ailə həyatı qurub. Gəlin Rusiyada fəaliyyət göstərən tanınmış biznesmenlərdən birinin qızıdır. 

İş adamı Cəbrayıl Sadiqli toya məşhur türk müğənnisi Rafet El Romanı dəvət edib.

Mərasimdə Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və tanınmış muğam ifaçısı Mirələm Mirələmov, Nuri Sərinləndirici və başqa məşhurlar iştirak edib. Sənətçilərlə bərabər bir sıra siyasətçilər, məşhur biznesmenlər, ictimai xadimlər məclisdə qonaq olub.

Qeyd edək ki, Cəbrayıl Sadiqli Azərbaycanda "Dəniz" mebellər şəbəkəsinin və bir sıra biznes obyektlərinin sahibidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->