
Bu gecə Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus “Renault” markalı minik avtomobili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:06-da söndürülüb.Daha bir avtomobil Bakının Nərimanov rayonunda yanıb. “Land Rover” markalı minik avtomobilinin mühərrik hissəsi tamamilə yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info