Xəbər lenti

Bakıda iki nəfərin boğazı kəsildi
Ölkə06:06 16.03.2015

Bakıda iki nəfərin boğazı kəsildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini 29 yaşlı Zöhrə Məstanova öz evində yaralı halda tapılıb. 
Xanımı yaralı halda onlara qonaq gələn rəfiqəsi görüb və onu şəxsi avtomobili ilə 3 saylı şəhər xəstəxanaına aparıb. Boğaz nahiyəsindən biçaq zərbəsi alan yaralı xanım əməliyyat olunub. Zərərçəkmiş verdiyi ifadədə öz - özünə xəsarət yetirdiyini deyib. 
Hazırda polis və prokororluq əməkdaşları xanımın ifadəsində nə dərəcədə səmimi olmasını və onun xəsarətlərin dərəcəsini müəyyən etməyə çalışır.
Daha bir oxşar hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. hadisə Oqtay Şaban küçəsi 17 ünvanında baş verib. 
Həmin ünvanda yaşayan Aqşin Səlimov boğaz nahiyəsinin kəsilmiş deşilmiş yara diqanozu ilə 3 saylı şəhər xəstəxanaısan çatdırılıb. 
Zərərçəkmiş ilkin ifadəsində bıçaqlanmadığını, yıxılaraq xəsarət aldığını iddia edib. Yaralının deməsinə görə, yaşadığı ünvanda ayağı büdəryib və yıxılıb. Elə bu zaman da naməlum metal parça onun boğazına batıb. 
Faktı araşdıran Suraxanı rayon hüquq mühafizə orqanlarının əməkdaşları bütün qaranlıq məqamlara aydınıq gətirəcək.
Qaynar.info