Xəbər lenti

Bakıda iki solçu gənc həbs edildi - FOTO
Ölkə08:07 31.10.2013

Bakıda iki solçu gənc həbs edildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi rayonunda kirayədə yaşayan Ayaz Şirinov və Seymur Ələkbərov adlı iki solçu gənc polislər tərəfindən saxlanılıb.

“Axar.az”ın məlumatına görə, dünən yeddi nəfər polis əməkdaşı A.Şirinov və S.Ələkbətovun müvəqqəti yaşadıqları mənzilə gələrək, axtarış orderi təqdim etmədən evdə axtarış aparıblar. Daha sonra isə gəncləri Nəsimi rayon 19-cu  polis bölməsinə aparıblar.

Məlumata görə, evdə olan sol yönümlü kitablar və sol hərəkatı inqilabçılarının şəkilləri müsadirə olunub.

Gənclərin izahatı alındıqdan sonra buraxılsalar da, bu gün yenidən polis bölməsinə gəlmələri  tələb olunub. Hazırda sözügedən gənclər polis bölməsindədir.

Nəsimi Rayon İdarəsinin 19-cu polis bölməsindən əməkdaşımızın sualına cavab verməkdən imtina ediblər və gənclərin polisə dəvət edilməsinin səbəbinə heç bir aydınlıq gətirməyiblər.

Qaynar.info