Xəbər lenti

Bakıda iki tələbəni maşın vurdu
Ölkə15:01 25.11.2013

Bakıda iki tələbəni maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yolu keçmək istəyən iki tələbəni maşın vurub.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev Prospektində 23-cü polis bölməsinin qarşısında qeydə alınıb.

 90 JJ 571 dövlət nömrə nişanlı “İsuzu” markalı yük avtomobili yolu keçən peşə məktəbinin ikinci kurs tələbələri - 1993-cü il təvəllüdlü  Elnarə Şakir qızı Həsənlini və 16 yaşlı Təbriz Nəriman oğlu Tağıyevi vurub. Hər iki piyada ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info