Xəbər lenti

Bakıda ili köhnə olan avtobuslar nə vaxt yenilənəcək? (VİDEO)
Ekonomiks 12:16 10.01.2026

Bakıda ili köhnə olan avtobuslar nə vaxt yenilənəcək? (VİDEO)

İli köhnə avtobuslar... Bəziləri standartlara cavab vermir, bəziləri isə saz vəziyyətdə deyil...

Ötən il qəbul edilən qərara əsasən, taksi xidmətində fəaliyyətinə icazə verilən avtomobillərin istehsal ili yeni olmalıdır. Bu qərar komfort və təhlükəsizliyə görə qəbul edildi.

Bəs marşrut avtobusları üzrə də belə bir addım atıla bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, bu ildən "Burutto" müqaviləsi qüvvəyə minir. Yəni daşıyıclara dəstək göstəriləcək. Lakin prosesin bu il ərzində yekulaşması qeyri-mümkündür. Eləcə də ayrılacaq maddi dəstəyin məbləği yetərli olmalıdır:

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki , ötən il Bakıya 290-dan artıq avtobus gətirilib. Ölkə üzrə isə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Avtobusların yenilənməsi mərhələli qaydada davam edəcək.//Xəzər TV


--> -->