
Molla rejimi Azərbaycan Tibb Univeristetinin diplomun tanımır
Vətəninfo.az xəbər verir ki, bir az öncə İranın Azərbaycandakı səfrliyi qarşısında bu ölkədən olan Azərbaycan Tibb Univeristetinin tələbələri aksiya keçiriblər. Təqribən 45-50 dəqiqəyə yaxın davam edən aksiyanın səbəbi İranın Azərbaycanın Tibb Univeristetinin vermiş olduğu diplomların tanımaqdan imtina etməyə hazırlaşmasıdı.
Tələbələr vətəninfo.az-ın aksiyanı izləyən əməkdaşına bildiriblər ki, aksiyanın səbəbi bir neçə gün öncə İranın Təhsil Nazirliyinin əməkdaşı İran saytlarına Azərbaycanda Tibb Univeristetinin diplomunu bir həftə içərisində pulla almağın mümkün olduğu ilə bağlı fikirlərini bildirməsi və bu səbəbdən də ATU-nin diplomlarının rəsmi İran tərəfindən tanınmamasına çağırmasıdı.
Onların sözlərinə görə, ATU-də neçə illərdi oxuyurlar və ATU-nin vermiş olduğu diplomlar beynəlxalq aləmdə tanındığı halda, İran hansı səbəbdən diplomları tanımır.
Aksiyaçıların nümayəndəsi səfirliyə daxil olsa da, hər hansı bir nəticə əldə olunmadan geri dönüblər və aksiya polisin müdaxiləsi ilə dağıdılıb.
Qaynar.info