
Dəyanət Məmmədov metro stansiyası yaxınlığında çəkiliş apararkən tutulub
Bir qədər əvvəl “Azadlıqnews.tv”-nin əməkdaşı Dəyanət Məmmədov “Azadlıq prospekti” metrostansiyasınn yaxınlığında peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən saxlanılıb.
D.Məmmədov telefonla yalnız saxlanıldığı barədə redaksiyaya məlumat verə bilib. Onun mobil telefonu polislər tərəfindən söndürülüb. Jurnalistin metro polisi tərəfindən tutulduğu bildirilir.
Məsələ ilə bağlı Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən jurnalistin saxlanıldığını təsdiq etsələr də, hər hansı bir açıqlama vermək səlahiyyətində olmadıqlarını bildirdilər.
P.S. Aldığımız məlumata görə, jurnalistin fotoaparatının yaddaşından çəkdiyi görüntülər silindikdən sonra o sərbəst buraxılıb./musavat.com/