Xəbər lenti

Bakıda kənd təsərrüfatı yarmarkası keçiriləcək
Ekonomiks13:19 26.10.2013

Bakıda kənd təsərrüfatı yarmarkası keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabr 26-27-də Bakı şəhərinin 7 rayonunda 9 ünvanda ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkaya 400 tondan artıq kənd təsərrüfatı məhsulları çıxarılacaq. Qiymətlər bazar qiymətlərindən orta hesabla 20-30% aşağı olacaq və əsasən mövsümü məhsullar üstünlük təşkil edəcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildən bu günə qədər 772 yarmarka keçirilib və ümumilikdə 163 427 ton məhsul satılıb.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

 1. Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Liseyinin həyəti;

2. Xətai rayonu, «Bakı» kinoteatrının yanı;

3. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,26, «Bakı Taxıl» ASC-nin ərazisi;

4. Nəsimi rayonu, «Təzə bazar»ın ərazisi, III mikrorayon, «Tovuz-Baltiya Ltd.»nin ərazisi;

5. Səbail rayonu, Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

6. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi,2, Yeni Günəşli qəsəbəsi, «Günəş» Ticarət Mərkəzinin yanı;

7. Yasamal rayonu, Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında.

Qaynar.info