"Yaxın günlərdə kirayə mənzil bazarında böyük canlanma yaranacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Onun sözlərinə görə, tələbələr rayona qayıdan kimi, kirayə evlərin böyük əksəriyyəti boşalacaq:
"Hələ ki, tələbələr Bakıdadır, qarşıdakı aylarda imtahanları da var. Amma ötən il əvvəlki illərdən fərqli olaraq tələbələr tərəfindən istifadə olunan kirayə evlər daha az boşalıb. Niyə? Tələbə 400 manata ev kirayələyir və fikirləşir ki, sentyabrda qayıdanda pula qənaət edər. Amma qayıdanda baxır ki, oxşar evlərin qiyməti daha da qalxıb. Ötən il bu səbəbdən bazara çıxarılan kirayə evlərin sayı iki dəfə azalıb".
Elnur Azadov bağ evlərin kirayə qiymətlərindən danışmağın tez olduğunu vurğulayıb:
"Ona görə ki, bağ evləri ilə bağlı qiymətlər iyun ayında formalaşacaq. Hələlik sezona hazırlıq işləri gedir. Kimi evini təmir edir, kimi də mənzilinə kirayəşin axtarır".
Bahar Rüstəmli
Şərhlər