Xəbər lenti

Bakıda köməksiz qalan it xilas edildi
Ölkə06:45 28.09.2013

Bakıda köməksiz qalan it xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda köməksiz qalan it xilas edilib.
APA-nın məlumatına görə, sentyabrın 27-də, saat 23:19-da Yasamal rayonu  Şərifzadə küçəsi, bina-34 ünvanında köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə daxil olan əməliyyat məlumatına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə  yerinə  çıxıb.
 
Hadisə  yerində  əməliyyat  şəraiti qiymətləndirilərkən məlum olub  ki, it 10 nömrəli uşaq bağçasının dəmir barmaqlıqlı çəpərindən keçmək istəyərkən barmaqlıqlar arasında sıxılıb qalıb. Barmaqlıqlar arasında köməksiz vəziyyətdə qalan it səs-küy salaraq yaxınlıqdakı binanın sakinlərini narahat edib. Sakinlər tərəfindən itin çəpərin barmaqlıqları arasından xilas edilməsi mümkün olmadığından kömək üçün “112”  Xidmətinə  müraciət  edilib.
 
Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlarından istifadə etməklə dəmir barmaqlıqları kəsərək iti xilas  edib və bina  sakinlərinin  rahatlığını  təmin ediblər.

Qaynar.info