Bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda faciə baş verib. Rayon Polis İdarəsindən ANS RESS-ə verilən məlumata görə, 1 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.
Valideynlərinin diqqətsizliyi nəticəsində 1 yaşlı C.Sərxanovun üstünü qaynayan su tökülüb. Diqqətdən kənar qalan uşaq qaynayan çaydanı üstünə aşırıb. Qaynar suda yanan körpə həkimə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.