
Bakıda kürəkən qaynatasını qətlə yetirib. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 28-də, Lökbatan qəsəbəsi 5-ci massiv, ev 38 ünvanında baş verib. Yardımlı rayon sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bayram Təvəkkül oğlu Əliyev qayınatası, Lökbatan qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Tofiq Əziz oğlu Həsənovu bıçaqlayaraq qətlə yetirib.
B. Əliyev hadisəni törədəndən sonra qaynatasının meyitinin həmin ünvanda yerləşən evin həyətində basdırıb. Martın 30-da həmin meyit aşkarlanaraq eksqumasiya edilib.
Qaynar.info