Xəbər lenti

Bakıda kütləvi dava: Ölən və yaralananlar var
Ölkə08:17 03.11.2014

Bakıda kütləvi dava: Ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

Bakıda gənclər arasında kütləvi dava olub.

Qaynar.info xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Günəş” kafesində qeydə alınıb.

Bir qrup gənc arasında düşən davada 4 nəfər - Rəsul Süleymanov, Tofiq Mehdiyev, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb.

R.Süleymanov aldığl xəsarətdən dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.

Qaynar.info