Xəbər lenti

Bakıda kütləvi dava - xəsarət alanlar var
Ölkə16:33 14.12.2016

Bakıda kütləvi dava - xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

Qaynarinfo.Az Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, "Araz marketin" yaxınlığında yerləşən kafedə qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əlvəndov Əhsən Cəfər oğlu və onun qardaşı Əlvəndov Füzuli Cəfər oğlu kafedə 6 nəfər tərəfindən döyülüb. Ə.Əlvəndov və F.Əlvəndov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı istintaq zamanı xəsarət alan F.Əlvəndov hüquq-mühafizə orqanı əməkdaşlarına bildirib ki, qardaşı kafedə oturarkən tanıdığı qadınla telefonla danışıb. Bu zaman kafedə olanlar ondan çölə çıxıb danışmağı tələb edib. Bundan hiddətlənən Ə.Əlvəndov mübahisə edib. Mübahisə zamanı dava düşüb. Qardaşının döyüldüyünü görən F.Əlvəndovda müdaxilə edib. Nəticədə o da döyülüb. 

Qaynarinfo.Az