Xəbər lenti

Bakıda mağaza müdirinə silahlı hücum
Ölkə14:39 25.08.2014

Bakıda mağaza müdirinə silahlı hücum

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda mağazadan oğurluğa cəhd edən şəxs tutulub. 

Ans press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 24-də Səbail rayonu ərazisində yerləşən “Komputerx” mağazasından 1 ədəd noutbuku oğurlamağa cəhd göstərmiş naməlum şəxs oranın sahibi Əhməd Nacizi ilə rastlaşdığından tapança ilə onu hədələyib hadisə yerini tərk edib.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ramil Həsənov tutulmuşdur.

Ondan qaz tapançası və 6 ədəd patron götürülüb.

Faktla bağlı araşdrma aparılır.

Qaynar.info