Xəbər lenti

Bakıda maskalı şəxslər evə basqın ediblər
Ölkə14:53 31.10.2016

Bakıda maskalı şəxslər evə basqın ediblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaradağ rayonunda maskalı şəxslər evə basqın ediblər. "Report"un xəbərinə görə, hadisə Lökbatan qəsəbəsi ev 1 ünvanında baş verib. 
Belə ki, hasardan aşan 3 nəfər maskalı şəxs evə daxil olub. Onlar 1976-cı il təvəəlüdlü Bəxtiyar Salmanovun, atası 1947-ci il təvəllüdlü Həsənxan Salmanovun və anası Səməndəri Salmanovanın əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayıblar.
Naməlum şəxslər daha sonra onlara bıçaqla xəsarət yetirərək yataq otağından 2 min 400 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları və iki ədəd mobil telefonu götürərək hadisə yerindən qaçıblar. Basqına məruz qalan şəxslər xəstəxanya yerləşdiriliblər.  
Hüquq-mühafizə orqanları faktla bağlı əməliyyat-axtarış işlərini davam etdirir. 
Qaynarinfo.Az