Xəbər lenti

Bakıda maye qaz satışı məhdudlaşdırılıb
Ölkə05:40 05.07.2013

Bakıda maye qaz satışı məhdudlaşdırılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtdakı yanacaqdoldurma məntəqələrində maye qaz satışı məhdudlaşdırılıb.

 Satış nöqtələrində bir aydır ki, maye qaz satılmır. Satıcılar bunun səbəbini izah etməkdə çətinlik çəkirlər. Çünki hazırda paytaxtda yüzlərlə binada qaz yoxdur və onlar evlərində qaz balonlarından istifadə edirlər. Ancaq maye qaz satışı ilə məşğul olan firma olan “Azturqaz”da bu narahatçılıq hiss olunmur. Firma rahatlıqla maye qazın satışını həyata keçirməkdədir. Onların təklif etdiyi qaz isə satış nöqtələrindən bahadır.

Əldə etdiyimiz məlumata görə, satış nöqtələrində yaradılan süni qıtlıqdır. Bu isə məlum firmanın işinin daha yaxşı getməsinə hesablanıb. Qeyd edək ki, “Azturqaz” ARDNŞ-in ortaq səhmdarı olduğu şirkətdir və onun idarəolunmasının “Azəriqaz” sədri Əkbər Hacıyevə həvalə edildiyi bildirilir. 

“Azəriqaz”dan verilən məlumata görə, maye qazın satışının onlara aidiyyəti yoxdur. ARDNŞ-dən də bildirildi ki, yaranmış problem onlarlıq da deyil. Maye qazın satışı ilə Sənaye və Energetika Nazirliyinin balansında olan agentlik məşğuldur. Sözügedən nazirlikdən isə maye qazın satışında yaranan problemlə bağlı məlumatların araşdırılacağı bildirildi.(musavat.com)