Ötən gün axşam saat 21:30 radələrində Bakının Binəqədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlər ailəsində faciə baş verib. Binəqədi rayon Polis İdarəsinin 4-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, faciə Binəqədi rayon 2-ci mədənində məskunlaşan Zəngilan rayonundan məcburi köçkün ailəsində baş verib.
Belə ki, 26 yaşlı Məmməd Qasımov özünü yaşadığı evdə asıb. Onun meyitini valideynləri tapıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.