Xəbər lenti

Bakıda məhşur otel yandı: 20 nəfər xilas edildi
Ölkə05:42 14.04.2015

Bakıda məhşur otel yandı: 20 nəfər xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan paytaxtında oteldə yanğın hadisəsi baş verib.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda ümumi sahəsi 1350 kvadratmetr olan üçmərtəbəli "Titanik" otelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb. 
Yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyə olunub. Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info