Xəbər lenti

Bakıda məktəb şagirdi qaçırıldı
Ölkə16:27 29.10.2018

Bakıda məktəb şagirdi qaçırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda orta məktəb şagirdi qaçırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik-Azərbaycan”a Qaradağ rayonunun Polis İdarəsindən məlumat veriblər.
Bildirilir ki, hadisə oktyabrın 28-də saat 18.00-da Sahil qəsəbəsində baş verib.
Qaçırılan qızın - 2003-cü il təvəllüdlü Mikayılova Xatun Kamran qızının anası, 1980-ci il təvəllüdlü Samirə Əliyeva Qaradağ rayonunun 38-ci Polis bölməsinə müraciət edərək bildirib ki, qızı ailə qurmaq məqsədilə qaçırılıb. Onun sözlərinə görə, bunu qəsəbə sakini, 1998-ci il təvəllüdlü Teymur İsgəndərov edib.
Hazırda polis qaçırılan qızın və onu qaçıran oğlanın axtarışını davam etdirir.