Xəbər lenti

Bakıda məmurun evini yardılar: 200 min dollar oğurlandı
Ölkə08:19 05.02.2014

Bakıda məmurun evini yardılar: 200 min dollar oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində rəis müavininin evini qarət ediblər

Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxslər A.Heydərov küçəsi 29/22 ünvanında Oqtay Məmməd oğlu Məmmədova məxsus evdən və ya şəxslər 200 min dollar oğurlayıblar.

Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə basqın edilib.

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.az-ın məlumatına görə, O.Məmmədov yüksək vəzifəli məmurdur. O, Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində rəis müavini işləyir.

Qaynar.info