Xəbər lenti

Bakıda mənzildə iki meyit aşkarlanıb
Ölkə15:27 09.05.2016

Bakıda mənzildə iki meyit aşkarlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Qaynarinfo.az FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşları huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşların vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 15:20-də başa çatıb. 
Qaynarinfo.az