Xəbər lenti

Bakıda məşhur marketdən bahalı viski oğurlayanlar saxlanıldı
Ölkə05:42 18.01.2018

Bakıda məşhur marketdən bahalı viski oğurlayanlar saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Kontinental Supermarket”dən 680 manat dəyərində bir şüşə viski oğurlayan şəxslər saxlanılıb.
Qaynarinfo-nun qafqazinfoya istinadla verdiyi xəbərə görə, yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədə viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb. 
Viskini oğurlamaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Tamerlan Cabbarov, 1980-cı il təvəllüdlü Emin Babayev və 1996-cı il təvəllüdlü Gülnarə İsmayılova saxlanılıb. 
Hazırda istintaq davam etdirilir.