Xəbər lenti

Bakıda məşhur restoranda ölüm hadisəsi baş verdi
Ölkə06:01 24.09.2017

Bakıda məşhur restoranda ölüm hadisəsi baş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, "Tbilisi" restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəllüdlü Novruzov Telxan Novruz oğlu yeyib-içən zaman qəfil yerə yıxılıb və dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Müayinə zamanı məlum olub ki, T. Novruzov ürək tutmasından ölüb.

Araşdırma davam etdirilir.

Qaynarinfo.Az