
Bakı Beynəlxalq Avtovağzalının yanında möhtəşəm atıcılıq kompleksi tikilir.
Bu barədə Day.Az saytına “Azərbaycan Atıcılıq Federasiyası”nın vitse-prezidenti Hafiz Cəfərov məlumat verib.
O, bildirib ki, oradakı köhnə atıcılıq stendi sökülüb, yerində yeni kompleks tikilir.
Kompleks Bakı 2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində tikilir və bütün beynəlxalq standartlara cavab verir.
Qaynar.info




