XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda müğənninin restoranında dava düşdü
Ölkə11:58 16.01.2025

Bakıda müğənninin restoranında dava düşdü

Müğənni kimi fəaliyyət göstərən Məcid Şamiloğlunun "By Məcid" restoranında dava düşüb. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib. 
Belə ki, iki nəfər restoranda dava-dalaş dalaraq, nalayiq ifadələr işlədiblər. Onlarlın hərəkətlərinə polis müdaxilə etməli olub. Qanun keçikçiləri həmin şəxsləri ayıraraq, xidmət etdikləri avtopatrula dəvət ediblər. 
Bu zaman dava-dalaşda iştirak edən şəxslərdən biri polisin tələbinə tabe olmayıb və avtopatrula oturmaqdan imtina edib. Həmin şəxsin dost-tanışları da onu avtomobilə mindirmək istəyən polislərə maneələr olunlar. Sonradan polis əməkdaşlarının köməyi ilə dava salan şəxs avtomobilə mindirilib.
2000-ci ildə Masallı şəhərində anadan olmuş B.H. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 150 manat cərimə edilib.
Aydın