Xəbər lenti

Bakıda “Naz Lifan” “Mercedes”lə yarışa çıxdı (VİDEO)
Ölkə12:35 23.08.2017

Bakıda “Naz Lifan” “Mercedes”lə yarışa çıxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 2-də avtoxuliqanlıq edən iki məsuliyyətsiz sürücünün əməli kameralara düşüb.

"Qaynarinfo" avtosfer.az-a istinadən xəbər verir ki, 99-KC-997 qeydiyyat nişanlı "Mercedes" və 99-HF-560 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüləri Xırdalan şəhəri Zeynalabdin Tağıyev küçəsində yüksək sürətlə ötüşərək sərt manevrlər edib. 

Onlar sağdan ötmə həyata keçiriblər. Bundan sonra ayırıcı zolağın kəsiyində “Mercedes”in sürücüsü qəfildən sola dönərək qarşıdan gələn avtomobillərə, “Naz Lifan”ın sürücüsü isə yolun ortasında dayanaraq arxadan gələn avtomobillərə təhlükə yaradıb.

Qeyd edək ki, Azərbaycanda “Naz Lifan” markalı avtomobillərin əksəriyyəti Qarabağ əlillərinə verilib.

Qaynarinfo.Az