Xəbər lenti

Bakıda polis idarəsinin köhnə binası YANIR
Ölkə11:35 14.07.2016

Bakıda polis idarəsinin köhnə binası YANIR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Günorta saatlarında Bakının mərkəzində yerləşən binalardan birində yanğın başlayıb.

Lent.az-ın məlumatına görə, Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binada güclü yanğın qeydə alınıb. Alovlar ilk olaraq binanın 2-ci mərtəbəsini bürüyüb.

Bildirilir ki, yanan binada 2010-cu ilədək Səbail Rayon Polis İdarəsi yerləşib. Hazırda yanan ərazidə yaşayış yoxdur. Bununla belə ətraf mənzillərdə yaşayan insanlar təxliyə edilib.

Hazırda yanğın nəzarətə alınıb.

Qaynarinfo.Az