Xəbər lenti

Bakıda polis rəisinin sürücüsü yol qəzasında öldü
Ölkə07:11 24.11.2014

Bakıda polis rəisinin sürücüsü yol qəzasında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda polis əməkdaşı yol qəzasında ölüb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. 
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis baş serjantı, 1977-ci il təvəllüdlü Rüstəm Eldar oğlu Mürsəlov idarə etdiyi 90- AP- 050 nömrə nişanlı, "KİA" markalı avtomobilİ "DAF" markalı qoşqulu yük avtomobilinə çırpıb. Nəticədə R.Mürsəlov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Polisdən R. Mürsəlovun 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin sürücüsü olduğu və həmin nəqliyyat vasitəsinin xidməti avtomobil olduğu bildirilib.
Qaynar.info