Xəbər lenti

Bakıda polis özünü asdı
Ölkə07:17 11.03.2013

Bakıda polis özünü asdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Sabunçu rayonu ərazisində polis əməkdaşı özünü öldürüb. Heydər Əliyev adına Neft Emalı Zavodunun mühafizə polisi idarəsinin polis nəfəri Samir Ələkbərzadə özünü asıb. Onun meyidi Maştağa-Zabrat yolunda yerləşən yarımçıq tikilidə asılmış vəziyyətdə aşkarlanıb. 

S.Ələkbərzadə sintetik kəndirlə özünü evin içərisindəki tirdən asıb. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qaynar.info