Xəbər lenti

Bakıda polis özünü güllələdi
Ölkə12:47 13.10.2016

Bakıda polis özünü güllələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.

Qaynarinfo.Az Report-a istinadən bildirir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.

Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.

Qaynarinfo.Az