Xəbər lenti

Bakıda polislər yolda buz təmizlədi (VİDEO)
Ölkə07:15 12.02.2020

Bakıda polislər yolda buz təmizlədi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təhlükəyə baxmayıb yolun buzunu təmizləmək istəyirdilər”.
Qaynarinfo xəbər verir ki, "avtosfer.az”ın Faiq adlı oxucusu yol polisinin sürücüləri təhlükədən qorumaq üçün atdığı daha bir təqdirəlayiq hərəkətini əks etdirən video göndərib.
O bildirib ki, övladını məktəbə aparan zaman bu mənzərə ilə rastlaşıb və avtomobili saxlayaraq baş verənləri telefonla videoya çəkib:
"Zagulba-Buzovna körpüsünün üstündə 99 YP 314 nömrəli YPX avtomobilində xidmət aparan polislər yolu buzdan təmizləyirdilər.
Təhlükəli yer olmasaydı, maşını saxlayıb çəkməzdim. Həm qürurverici, həm də təhlükəli idi.
Maşınlar yanlarından şütüyüb gedirdi, amma təhlükəyə baxmayıb yolun buzunu təmizləmək istəyirdilər”.
Görüntüləri təqdim edirik: