Xəbər lenti

Bakıda polislərin rüşvət görüntüsü yayıldı - VİDEO
Ölkə06:10 31.01.2015

Bakıda polislərin rüşvət görüntüsü yayıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polislərin vətəndaşlardan rüşvət alması ilə bağlı daha bir video yayılıb. Avtosfer.az xəbər verir ki, videonu “Sancaq Production” adlı "Facebook" səhifəsi yayıb. 
Məhəllə sakinlərinin çəkdiyi kadrlardan görünür ki, Post Patrul Xidmətinin xidməti maşını küçə ticarəti ilə məşğul olan şəxsin avtomobilinin yanında dayanıb. Səyyar satıcı pul sayaraq PPX-nın avtomobilinə yaxınlaşır və əlindəki “şirinliyi” içəridə oturan polislərə uzadır. Polislər pulu alan kimi həmin yerdən uzaqlaşırlar.
Qaynar.info