Xəbər lenti

Bakıda polsilərlə qarşıdurma - VİDEO
Ölkə16:49 18.08.2015

Bakıda polsilərlə qarşıdurma - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda polsilərlə sürücü və onun yaxınları arasında qarşıdurma yaşanıb. Qarşıdurma ilə bağlı videomaterial müsavat.com-a göndərilib. 
3-cü mikrarayon dairəsində çəkilən bu videodan belə anlaşılır ki, sürücü ilə polislər arasında mübahisə yaşanıb. Bir müddət sonra bu mübahisə daha da böyüyüb. Nəticədə sürücünün yaxınları da işə qarışıblar və qarşıdurma baş verib. 
Polis əməkdaşları sürücünü çətinliklə də olsa, PPX avtomobilinə mindirib və bölməyə aparıblar.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov anspress-ə bildirib ki, faktla bağlı araşdırma aparılacaq və xoşagəlməz hadisəyə hüquqi qiymət veriləcək: 
"Əgər sürücü ilə polis əməkdaşları arasında qarşıdurma baş veribsə, bu o demək deyil ki, burada polis əməkdaşları tamamilə təqsirlidir. Əgər sürücünün heç bir təqsiri yoxdursa, polis əməkdaşı həmin şəxsi niyə saxlayıb? Polis əməkdaşına güc tətbiq etmək, ona tabe olmamaq qanun pozuntusudur. Qeyd edim ki, polis maşınlarında, şəhərin demək olar ki, hər yerində müşahidə kameraları, polislərin üzərlərində mikrafonlar var. Baş vermiş hadisə qanun çərçivəsində araşdırılacaq və buna hüquqi qiymət veriləcək".
Onun sözlərinə görə, hadisədə polis əməkdaşlarının təqsiri varsa, onlar da cəzalandırılacaq.
Qaynar.info