Bakı şəhərində maraqlı hadisə baş verib.
Milli.Az-a daxil olan məlumata görə, hamilə olan qadın bir neçə gün əvvəl xəstəxanaya aparılarkən yolda doğub.
Hamiləliyin son ayında olan qadının səhər saatlarında sancıları başlayıb. Ailə üzvləri onu maşına əyləşdirərək tanınmış kilinikalardan birinə apararkən doğuş yolda, elə maşının içərisində baş verib. Klinikaya çatdırılan qadın və uşaq nəzarətə götürülüblər. Hazırda ana və balanın vəziyyəti yaxşıdır.
Qaynar.info