Xəbər lenti

Bakıda qatar adam vurdu - Sərnişinlər yolda qaldılar
Ölkə06:00 29.09.2016

Bakıda qatar adam vurdu - Sərnişinlər yolda qaldılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtdan Bakıya gələn sürət qatarının hərəkətində problem yaranıb. 08:00-da yola düşən qatar bir neçə dəqiqə yolda gözləməli olub. Buna səbəb kimi Tbilisi-Bakı qatarının adam vurduğu bildirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov açıqlamasında bu faktı təsdiqləyib. 

Qurum rəsmisi bildirib ki, səhər saatlarında Tbilisidən Bakıya gələn qatar paytaxt ərazisində cavan oğlanı vurub: "Həmin oğlan qulaqcıq taxdığı üçün qatarın gəldiyini bilməyib. Nəticədə qatar onu vurub. Oğlan hadisə yerində keçinib. Bu səbəbdən Sumqayıt-Bakı qatarının hərəkətində gecikmə yaranıb. Hazırda aidiyyatı qurumuların əməkdaşları hadisə yerində işləyirlər, qatarların hərəkəti bərpa edilib".(azvision.az)

Qaynarinfo.Az