
Bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyası qarşısında zəncirvari qəza baş verib. Nəqliyyat vasitələrinin yüngül toqquşması ərazidə sıxlığın yaranmasına səbəb olub.
Qaynarinfo.az-ın verdiyi məlumata görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Eyni zamanda, Bakı-Sumqayıt şosesinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı, Üzeyir Hacıbəyli küçəsi, Afiyəddin Cəlilov küçəsi, Bül-bül prospekti ("Sahil" metro stansiyasının qarşısı), habelə İ.Həsənoğlu küçəsində (№5 xəstəxananın qarşısı) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Qaynarinfo.az