Xəbər lenti

Bakıda "online" qumarxana aşkar edildi
Ölkə10:48 20.08.2013

Bakıda "online" qumarxana aşkar edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "online" qumarxana aşkar edilib. 
Qaynar.info DİN-in saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Nizami küçəsi ev 31-in zirzəmisində Qəbələ rayon sakini Ruslan Nəhmətovun qanunsuz “on-ine” qumar oyunları təşkil etməsi müəyyən edilib.
Oraya baxış zamanı 10 ədəd kompyuter dəsti, 1 ədəd modem və 60 manat pul aşkar edilərək götürülüb.  
Faktla əlaqədar cinayət işi başlanıb.
Qaynar.info