Xəbər lenti

Bakıda rəis müavini döyüldü
Ölkə14:31 26.03.2015

Bakıda rəis müavini döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda kafe sahibi dövləq qulluqçusunu döyüb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Xətai rayonu, N.Tusi küçəsində yerləşən "Azəri" kafesində baş verib.
Bakı Vergilər Departamentinin Operativ Nəzarət İdarəsinin şöbə rəisinin müavini Vüqar Əhmədov yoxlama aparmaq istəyərkən özünü kafe sahibinin qardaşı kimi təqdim edən Telman adlı şəxs departament əməkdaşlarının işinə müdaxilə edərək hədə-qorxu gəlib, onları vuraraq təhqir edib.
Qaynar.info
"Qarabağ"da mənə dedilər ki, Ermənistana uduzsan, geri qayıtma"
"Azərbaycanlılar da bilir ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün önəmlidir. Xüsusi bir oyun olacaq”. Qol.zz-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın və Albaniya millisinin futbolçusu Ansi Aqolli "Avro-2016"nın seçmə mərhələsində Ermənistanla qarşılaşacaqları matç haqqında danışarkən deyib.
Təcrübəli müdafiəçi bu matçın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Qarabağ"da mənə deyildi ki, uduzsan, geri qayıtma. Təbii ki, bu, zarafatdır. Biz sonuncu dəfə erməniləri məğlub etdikdə klub prezidenti mənə mükafat verdi. Düşünürəm ki, bu dəfə də qalib gələcəyik və mən yenə mükafatlandırılacam”.
Qeyd edək ki, Albaniya - Ermənistan matçı martın 29-da  keçiriləcək.
Qaynar.info