Xəbər lenti

Bakıda ruhi xəstə DSMF-nin binasını partlatmaq istədi - OLAY
Ölkə08:00 04.12.2013

Bakıda ruhi xəstə DSMF-nin binasını partlatmaq istədi - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal rayonunda bir nəfər şübhəli şəxs qismində DİN-ə zəng edib.

Yasamal rayon Pokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu sakini, 1981-ci il təvəllüdlü Ələkbərov Sahib Nurəddin oğlu DİN-nin 102 xidmətinə zəng vuraraq "50 manat təqaüd aldığını, yanacağın qalxmasına, maddi imkanının olmamağına və Sosial Müdafiə Fondundan yardım almadığına görə Azpetrol yanacaq doldurma məntəqəsini və Sosial Müdafiə Fondunu partlada biləcəyini, çevriliş edə biləcəyini, heç kimdən qorxmadığını" bildirib.

Məlumat əsasında Yasamal RPİ-nin təhqiqat bölməsində ilkin araşdırma zamanı müəyyən edilib ki, Sahib Ələkbərov 2012-ci il tarixdən Ruhi Əsəb Dispanserində qeydiyyatdadır.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info