Xəbər lenti

Bakıda Rusiya və NATO görüşü
Ölkə09:16 19.04.2018

Bakıda Rusiya və NATO görüşü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti Bakıda bir araya gələcək.
Qaynarinfo Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Valeri Gerasimov Bakıya işgüzar səfərə gəlib.
Onun səfərinin məqsədinin Kartis Skaparotti ilə görüş olduğu bildirilir. Rusiya və NATO-nun Avropa regionunda hərbi fəaliyyəti, həmçinin Suriyadakı vəziyyəti müzakirə ediləcək.
Valeri Gerasimovun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü planlaşdırılır.