Xəbər lenti

Bakıda saat biabırçılığı - FOTO
Ölkə19:05 17.06.2016

Bakıda saat biabırçılığı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nərimanov rayonunda Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev propektinin kəsişməsində yerləşən binanın üzərindəki saatda rəqəmlər düzgün göstərilməyib.
Saat təmir olunduqdan sonra rəqəmlərdə ciddi səhvə yol verilib. Bütün rəqəmlər düzgün yazılsa da, 4 rəqəmində biabırçı səhv buraxılıb. Belə ki, Roma rəqəmləri ilə 4 belə (IV) yazılmalı olsa da, sadəcə dörd ədəd düz xətt (IIII) çəkilib.
Qeyd edək ki, "Saatlı bina” kimi tanınan bina 2014-cü ildə təmir olunub. Həmin ərəfədə binanın üzərindəki saat sökülərək təmir edilib.
Qaynarinfo.az