Xəbər lenti

Bakıda sarı qarpız satılır - VİDEO
Ölkə18:30 09.07.2016

Bakıda sarı qarpız satılır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda sarı qarpız yetişdirilir. Geni dəyişdirilmiş yox, təbii məhsuldur.
İlk baxışdan adi qarpızdan heç nəyi ilə fərqlənməyən qarpızın rəngi sarıdır.
Qaynarinfo.az "Xəzər Xəbər"ə a istinadən xəbər verir ki, "sarpız" adı ilə məşhurlaşan bu bostan bitkisi Bakıda 2 gündür bazara çıxarılır və artıq 800 kq-dan çox satılıb.
Satıcının sözlərinə görə, bu bitki min bir dərdin dərmanıdır.
Qarpızı ilk dəfə görənlər onun geninin dəyişdirildiyini düşünürlər. Dadına baxdıqdan sonra isə fikirlərindən daşınırlar.
Sarı qarpızın qiyməti də digərindən fərlənir, bir qədər bahadır.
Qaynarinfo.az