Xəbər lenti

Bakıda Sərhəd Akademiyasında yanğın... - FOTOLAR
Ölkə12:59 15.07.2014

Bakıda Sərhəd Akademiyasında yanğın... - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Bakıda Sərhəd Akademiyasının binasında yanğın baş verib. 

Qaynar.info-nun məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumata görə, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən Sərhəd Akademiyasının binasında yanğın olub və ətrafı qatı tüstü bürüyüb.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən  ANS PRESS-ə bildirilib ki, hazırda hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib.

Son məlumata görə, Sərhəd Akademiyasında baş verən yanğın artıq söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, yanğın elə də böyük olmayıb.

Qaynar.info