Xəbər lenti

Bakıda sərnişin avtobusu faciədən döndü
Ölkə05:47 29.11.2017

Bakıda sərnişin avtobusu faciədən döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhər saat təxminən 08:00-08:10 radələrində Bakının Heydər Əliyev prospektində - Bakı Olimpiya Stadionunun önündə içərisi sərnişinlə dolu 198 nömrəli marşrut avtobusu qorxunc qəzadan son anda xilas olub.
Qaynarinfo Milli.Az-a istinadən xəbər verir ki, üzü "Koroğlu" metro stansiyasına doğru hərəkətdə olan sərnişin avtobusunun qəfil təkəri partlayıb. İdarəetməni itirməyən sürücü avtobusu dərhal yolun kənarına çəkib.
Avtobusdan düşürülən sərnişinlər həmin istiqamətdə hərəkət edən digər marşrutlardan istifadə etmək məcburiyyətində qalıblar.